...

Göyçayda qəribə heyvan skeleti tapılıb (FOTO)

Maraqlı Materials 13 Yanvar 2014 12:40 (UTC +04:00)
Göyçay rayonunun Ləkçıplaq kəndində qəribə heyvan skeleti aşkarlanıb.
Göyçayda qəribə heyvan skeleti tapılıb (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Göyçay rayonunun Ləkçıplaq kəndində qəribə heyvan skeleti aşkarlanıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, kənd sakini Ağabala Əliyev ötən gün səhər həyətlərindən çölə çıxarkən qapının önündə qəribə heyvan skeletinin olduğunu görüb. O, eləcə də digər kənd sakinləri bu skeletin hansı heyvana aid olduğunu müəyyənləşdirə bilməyiblər.

Ağabala Əliyev skeleti öz itinin haradansa gətirdiyini təxmin edir.

Skeleti müayinə edən kəndin baytar həkimi Hüseyn Şükürov iş təcrübəsində birinci dəfə belə hala rast gəldiyini bildirib.

Skeletin qəribəliyi və fərqliliyi onun boyun fəqərəsinin yoxluğu, baş sümüyünün birbaşa qabırğa sümüyünə yaxın olması və qabırğa sümüklərinin çoxluğudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti