...

Everest üzrə interaktiv 3D-bələdçi yaradılıb

Maraqlı Materials 19 Avqust 2014 13:21
Everest dağına qalxmaq hər alpinistin həyatında sözsüz ki, ən böyük uğurdur. Lakin zirvədən Himalay dağlarına açılan gözəl mənzərələrdən savayı, bu, alpinistin yaddaşında həm də dözülməz çətinliklər və böyük təhlükələrlə qalır.
Everest üzrə interaktiv 3D-bələdçi yaradılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Everest dağına qalxmaq hər alpinistin həyatında sözsüz ki, ən böyük uğurdur. Lakin zirvədən Himalay dağlarına açılan gözəl mənzərələrdən savayı, bu, alpinistin yaddaşında həm də dözülməz çətinliklər və böyük təhlükələrlə qalır.

Yüksəklik və əlverişsiz hava riskindən başqa alpinistlərin hər bir addımı təhlükə ilə müşayiət olunur, xüsusən də Kxumbu sıldırım buzlağında. Statistika bu barədə daha dəqiq məlumat verir: Everestə qalxmalar tarixi boyunca bu dağda 250 nəfərdən artıq adam həlak olub.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, dağlar haqqında bildiklərini yalnız internet və ya televiziya verilişlərindən toplayan adi insanlar üçün interaktiv 3D-bələdçi yaradılıb. Bu bələdçi Everestin Cənub (Nepal) tərəfindən gedən standart marşrutu göstərir.

Bundan savayı, bələdçidə dağda qalxma zamanı yazılan real külək səsinin yazısına qulaq asmaq olar.

İnteraktiv bələdçi Everest zirvəsində Himalay dağlarının panoramik mənzərəsini seyr etməklə sona çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti