...

Qəbələnin tarixi abidələri (FOTO)

Maraqlı Materials 8 Yanvar 2015 12:01 (UTC +04:00)
Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır.
Qəbələnin tarixi abidələri (FOTO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunub.

Qəbristanda dörd türbə - Şeyx Bahəddin türbəsi (1446-cı il), Şeyx Mənsur türbəsi (XVI əsr), Şeyx Məhəmməd türbəsi (XV əsr), Türbə (XVI əsr) var.

Qəbristandakı sənduqələr də diqqəti cəlb edir. Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı, abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlədiblər.

Trend oxucularına həmin ərazidən fotoları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti