...

İş yerləri üçün xüsusi "Facebook"

Maraqlı Materials 15 Yanvar 2015 15:24 (UTC +04:00)
"Facebook" sosial şəbəkəsi iş yerləri üçün xüsusi olaraq "Facebook at Work" adlı sistemi təqdim edib.
İş yerləri üçün xüsusi "Facebook"

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Facebook" sosial şəbəkəsi iş yerləri üçün xüsusi olaraq "Facebook at Work" adlı sistemi təqdim edib.

Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, şirkətlər "Facebook at Work" sayəsində "Facebook"u öz ehtiyaclarına uyğun dəyişdirə biləcəklər.

İnterfeysdə şirkətlərin loqoları yer alacaq. Yeni əlavədə heç bir reklam yerləşdirilməyəcək. Təhlükəsiz və məxfi olacaq bu sistem sayəsində işçilər arasında paylaşılan məlumatları yalnız həmin şirkətin əməkdaşları görə biləcək.

"Facebook at Work" iOS və "Android" sistemlərini dəstəkləyən cihazlar üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti