Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/
Türkiyənin Tokat vilayətində qeyri-adi memarlıq üslubu olan restoran ziyarətçilərin diqqətini cəlb edir.
Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata əsasən, restoran sahibi ağacları kəsməyə qıymadığı üçün onları dizayn elementi kimi istifadə edib.
Restoranın içindən keçərək ucalan ağaclar qeyri-adi mənzərə yaradıb.