...

Qan donduran eşq hekayəti

Maraqlı Materials 28 Oktyabr 2015 10:07 (UTC +04:00)
Tanınmış jurnalist Sənan Nəcəfov öz facebook hesabında azərbaycanlı gənc ailənin başına gələn faciəni qələmə alan status yazıb. Hər kəsin qanını donduracaq “həyat dramı”nı oxuculara olduğu kimi, təqdim edirik:
Qan donduran eşq hekayəti

Azərbaycan, Bakı, 28 oktyabr /Trend Azər Niftiyev/

Bir gənc ailənin başına gələn həyat dramı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Hər kəsin qanını donduracaq "həyat dramı"nı oxuculara olduğu kimi, təqdim edirik:

- Sabah mənim evliliyimin birinci ildönümü olacaqdı. Həyat yoldaşımla bir-birimizi çox sevərək evləndik. Hər şey çox gözəl idi. Ta ki, 04.06.2015-ci ilə qədər.

Ayaqlarımda qaraltılar yarandı. Yoldaşımın təkidi ilə xəstəxanaya getdik. Mən çox ciddiyə almırdım, inanmırdım ciddi nəsə problem ola. Qanım azdır deyə düşündüm. Həkim otağa girdikdə o mənə qan xərçəngi olduğumu bildirdi və dərhal xəstəxanaya yazdı: "Bir az daha gec gəlsəydik daha pis şeylər ola bilərdi" - deyə söylədi.

Həmin gün xəstəxanaya yatdım. Elə həmin gün yoldaşıma - "Boşanaq, get başqa qadınla ailə qur, buna haqqın da var, razılığım da" - dedim. ''Niyə mənimlə əziyyəti çəksin ki?'' - deyə düşündüm...

Amma yoldaşım mənə bu sözlərimdən sonra indiyədək sarılmadığı kimi daha bərk və hərarətlə sarıldı və ''Səninlə ancaq qəbirdə ayrıla bilərik'' - dedi...

- Müalicəm başladı, o bir dəqiqə belə yanımdan ayrılmadı. Kənar palatalardakı xəstələr, bütün həkimlər də artıq hamısı onu tanıyırdı. Ağır dərmanlar səbəbi ilə çox əsəbi olmuşdum. Neçə dəfə onu acıladım, üstünə qışqırdım, amma o bunların heç birinə cavab vermirdi, sakitcə baxırdı. Onda anladım ki, Allah mənə bir həyat yoldaşı yox, əsl və ömrümün sonunadək bütün qadınların arzuladığı bir insan hədiyyə edib. Həmd olsun böyük Allahıma!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti