...

2016-cı ildə ən çox qazanan məşhur və ulduz kimdir?

Maraqlı Materials 12 İyul 2016 12:13 (UTC +04:00)
"Forbes" jurnalı 2016-cı ildə ən çox gəliri olan ulduzların siyahısını dərc edib.
2016-cı ildə ən çox qazanan məşhur və ulduz kimdir?

Bakı. Elçin Hüseynov - Trend:

"Forbes" jurnalı 2016-cı ildə ən çox gəliri olan ulduzların siyahısını dərc edib.

Trend-in məlumatına əsasən, son bir il ərzində ən çox qazanan ulduz amerikalı 26 yaşlı müğənni Teylor Svift olub - o 170 milyon dollar qazanıb. İkinci yerdə amerikalı qrup "One Direction" olub ($100 mln.). Üçüncü yerdə ($95 mln.) isə 69 yaşlı nyu-yorklu yazıçı Ceyms Pattersondur.

Siyahının dördüncü ($88 mln) yerini iki məşhur bölüşüb - portuqaliyalı futbolçu Kriştiano Ronaldo və psixoloq, yazıçı və teleaparıcı Fil Makgrou.

Daha sonra siyahıda gülüş ustası Kevin Hart ($87,5 mln.), radioaparıçı Hovard Stern ($85 mln.), futbolçu Lionel Messi ($81,5 mln), britaniyalı müğənni Adel ($80,5 mln.) yer alıblar.

Müğənni Madonna siyahının 12-ci ($76,5 mln) yerinin sahibidir. Rihanna son bir ildə $75 mln., Kelvin Harris $63 mln., Keti Perri $ 41 mln. qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti