Bakı. Trend:
Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin Böyükadadakı malikanəsi 3 milyon dollar civarında dəyərləndirilir.
Malikanənin 300-ə yaxın yaşı olduğu qeyd edilir.
Birinci dərəcəli tarixi abidə Osmanlı imperiyası dövründə tikilib, sonradan isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb.