...

Azərbaycanın ilk qorxu filmi Türkiyə kinoteatrlarında

Maraqlı Materials 13 İyul 2023 19:16 (UTC +04:00)
Azərbaycanın ilk qorxu filmi Türkiyə kinoteatrlarında

Bakı. Trend:

Rejissor Elvin Abdullanın 2017-ci ildə çəkdiyi tammetrajlı bədii, qorxu janrlı filmi “Xənnas” ölkə hüdudlarından kənarda prokata çıxarılır.

Trend xəbər verir ki, bu barədə rejissor Elvin Abdulla məlumat verib.

Onun sözlərinə görə, 6 ildən sonra “Xənnas”ı geniş auditoriya qarşısına çıxarmağa nail olunub: “Türkiyənin ən böyük distribütor şirkəti olan “Mars Dağıtım”la razılaşdıq və filmi bütün Türkiyədə prokata çıxarırıq. Bu bizim üçün qürurdur!”.

“Xənnas” bədii filmi iyulun 14-dən Türkiyənin bütün kinoteatrlarında prokata çıxacaq.

Xatırladaq ki, sözügedən film Azərbaycan kinosunda qorxu janrına aid olan ilk ekran nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti