Bakı. Trend:
"Lill"in forvardı Conatan Davidin İngiltərəyə yollanmağa hazırlaşdığı bildirilir.
Trend "The Sun" qəzetinə istinadən xəbər verir ki, kanadalı hücumçu "Arsenal"dan təklif alıb.
Forvard həmin təklifi dəyərləndirmək niyyətindədir. "Topçular" David üçün "Lill"ə təzminat ödəməyəcək. Bunun səbəbi, forvardın Fransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başa çatmasıdır.
25 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 22 oyunda 13 qol vurub və 3 asist edib. Conatan David 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.