...

Ermənistan prezidenti həmsədrlərə Bakı görüşü qabağı "əlavə stimul" verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2007 04:59 (UTC +04:00)

"Ermənistan prezidenti Robert Koçaryanla bu günkü görüşdən sonra sabahkı Bakı danışıqları üçün bizdə əlavə stimul yarandı" - bazer ertəsi Yerevanda Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bəyan edib. Mediamaks müxbirinin bəyanata aydınlıq gətirmək sualına rusiyalı diplomat bildirdi: "biz danışıq prosesinin detallarını açıqlamırıq".

Merzlyakov həmsədrlərin 16 sentyabrda tanınmamış Dağlıq Qarabağ " prezidenti " Bako Saakyanla görüşünü "çox məhsəldar " adlandırdı . " Biz hələ təhlilə ehtiyacı olan xeyli maraqlı məlumat aldıq " - deyə rusiyalı həmsədr bildirdi .

Fransalı həmsədr Bernar Fosye bildirdi ki , " gec tez Dağlıq Qarabağ nümayəndələri danışıq prosesinə qoşulmalıdırlar və nə qədər tez bu baş versə bir o qədər yaxşı olar və hər üç həmsədr bu mövqedə yekdildir ".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza bununla bağlı bildirdi Ki, " Dfğlıq Qarabağın nümayəndələri artıq danışıqlarda iştirak edirlər , və məs buna görə də biz dünən onlarla görüşmüşdük " . " Biz onların mövqeyinə böyük hörmətlə yanaşırıq " - deyə Brayza qeyd etdi .

Həmsədrlər qarabağ nizamlanması formatının dəyişdirilməsinin əleyhinə olduqlarını dedilər . "Format deyərək biz ATƏT-in Minsk qrupunu nəzərdə tuturuq " - deyə Fosye dəqiqləşdirdi .

Fransalı həmsədr həmçinin bildirdi ki , həmsədrlər gələn il Azərbaycan və Ermənistanda prezident seçkiləri öncəsi danışıqların " dondurulmasını " məqsədəuyğun saymırlar , " Mediamaks " xəbər verir .

Xəbər lenti

Xəbər lenti