...

Müdafiə Nazirliyi: Ermənistanın Silahlı Qüvvələrinin Bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2007 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir E. Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 19-da saat 18.30-dan 19.20-dək, saat 22.50-dən 23.10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19.45-dən 20.20-dək Füzuli rayonunun Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 20-də saat 02.00-dan 02.15-dək Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dan 02.30-dək və saat 05.10-dan 05.30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub, Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti