...

Azərbaycanda və Ermənistanda əhalinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırlanması istiqamətində siyasət həyata keçirilmir-ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2007 19:00 (UTC +04:00)
Azərbaycanda və Ermənistanda əhalinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırlanması istiqamətində siyasət həyata keçirilmir-ekspert

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Beynəlxalq Böhran Qrupunun baş analitiki Kler Delesar Trend ə müsahibəsində bildirib ki, Azərbaycanda və Ermənistanda əhalinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırlanması ilə bağlı siyasət həyata keçirilmir. "Bu ölkələrdə vətəndaş cəmiyyəti əhalini münaqişənin həllinə hazırlamır. Nəinki vətəndaş cəmiyyəti, Azərbaycan və Ermənistan hökumətləri də bu istiqamətdə iş aparmırlar" - deyə Delesar qeyd edib.

Ekspert deyib ki, bu işi qeyi-hökumət təşkilatları həyata keçirməlidirlər. "Bu təşkilatlar insanlarla işləməlidirlər ki, onlar görüşsünlər, söhbət etsinlər, düşmən olmadaqlarını başa düşsünlər" - deyə Delesar bildirib.

Bu vəziyyətdə dövlətin rolu təşkilatlara bu istiqamətdə iş aparmağa icazə verməkdir.

Delesar onu da qeyd edib ki, hər iki ölkədə daxili siyasi məqsədlərə nail olmaq üçün Dağlıq Qarabağ məsələsindən istifadə olunur.

Xəbər lenti

Xəbər lenti