...

Bakı DQ üzrə indiyədək əldə olunmuş razılaşmalara görə məsuliyyəti Ermənistanın üzərinə qoyur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 20:16 (UTC +04:00)
Bakı DQ üzrə indiyədək əldə olunmuş razılaşmalara görə məsuliyyəti Ermənistanın üzərinə qoyur

Azərbaycan, Bakı/ Trend , müxbir S,Ağayeva/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indiyədək əldə olunmuş razılaşmaların taleyinə görə məsuliyyəti Ermənistanın üzərinə qoyur. "ATƏT - in Minsk qrupunun tərəflərə təqdim etdiyi yazılı təkliflər paketinin səmərəliliyi Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək və öz qoşunlarını oradan çıxartmağa nə qədər hazır olmasından asılıdır - Cümə günü Trend ə Azərbaycan prezidenti icra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. Cümə axşamı ATƏT - in Nazirləş Şurasının 15 - ci İclası çərçivəsində, Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 10 təklifdən ibarət yazılı təkliflər paketi təqdim olunub. Sənəd cümə axşamı Madriddə, ATƏT - in MİNSK qrupunun amerikalı həmsədri Metyu Brayza, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov, beynəlxalq məsələlər üzrə ABŞ Dövlət katibinin köməkçisi Nikolos Bern tərəfindən, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər Naziri Vardan Oskanyanın görüşündə təqdim edilib. Məmmədov xəbər verib ki, rəsmi Bakı təkliflər paketinin tərkibi ilə tanış deyil və sənəd barədə öz mövqeyini onu öyrəndikdən sonra bildirəcək. Şöbə müdirinin sözlərinə görə, ümumilikdə münaqişə üzrə təkliflərin böyük hissəsi razılaşdırılıb və yalnız Ermənistanın konstruktiv mövqeyindən asılı olan bir- iki həll edilməmiş məsələ qalıb. İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ,ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti