...

Rusiyanın azərbaycanlı və erməni diasporu Dağlıq Qarabağ münaqişəsini şərh edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2007 16:15 (UTC +04:00)
Rusiyanın azərbaycanlı və erməni diasporu Dağlıq Qarabağ münaqişəsini şərh edib

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Rusiya azərbaycanlılarının "AzərRus" Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov hesab edir ki, Ermənistan və Azərbaycandakı prezident seçkilərinin nəticələri Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində əks olunmayacaq.

Ermənistanda prezident seçkiləri 2008-ci ilin fevral, Azərbaycanda isə, oktyabr aylarına nəzərdə tutulub.

"Mən Azərbaycanda yeni və hazırkı prezidentin yenidən seçilməsinin Qarabağ münaqişəsinin nizamlanmasında öz əksini tapacağına inanmıram" - deyə Sadıqov çərşənbə günü Trend ə bildirib. Mən Ermənistan hakimiyyətinə yeni prezidentin gəlişi ilə, yeni dövlət rəhbərinin Dağlıq Qarabağ problemini həll edəcəyinə və bundan sonra Dağlıq Qarabağın öz üzərində rəsmi Bakının yurisdiksiyasını tanıyacağına şübhə ilə yanaşıram. Heç bir Ermənistan prezidenti bu məsuliyyəti öz üzərinə götürməz və buna görə də, mən hesab edirəm ki, hər şey Azərbaycan, onun xalqı və rəhbərliyindən asılıdır".

Sadıqovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün rəsmi Bakının hakim dairələri və Azərbaycan vətəndaşları ilə erməni milləti arasında dialoq yaranmalıdır. Əgər xarici qüvvələrin müdaxiləsi güclənərsə, , heç nəyə gətirib çıxartmayacaq.

Rusiyada Erməni İttifaqının ("REİ") birinci vitse-prezidenti Georgi Ter-Qazaryans Trend ə müsahibəsində bildirib ki, Qarabağ münaqişəsi, həqiqətən, uzadılmış problemdir, lakin nizamlanma yolu düzgün seçilib. Onun sözlərinə görə, hər iki ölkə prezidenti bu problemin həlli üçün danışıqlar yolunu seçiblər, həmçinin, keçmiş prezident Heydər Əliyevin də birinci addımı kifayət qədər fəal olmuşdu. Bundan sonra danışıqlar prosesi başladı, uzandı və Azərbaycanın yeni prezidenti İlham Əliyevə ötürüldü.

Ter-Qazaryans 2007-ci ilin Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən xeyirli olduğunu və Ermənistan ilə Azərbaycan prezidentlərinin hesab üzrə 6 görüş keçirdiyini bildirib. O söyləyib ki, Yerevanda REİ-nin nümayəndə heyəti ilə görüş zamanı prezident Robert Köçəryan azərbaycanlı həmkarı ilə son görüşlərindən razılığını ifadə edib və tərəflər in hazırkı mərhələ ilə bağlı hər hansı bir şərh verməyəcəklərinə dair razılığa gəliklərini bildiriblər. REİ-nin birinci vitse-prezidenti hesab edir ki, məxfilik hər iki xalq üçün xeyirli olacaq, istənilən məlumat sızması yalnış qəbul və şərh oluna bilər. Vaxtından əvvəl verilən məlumat mənfi nəticə verə bilər. "Prezidentlər razılığa gəldikdən sonra, hələ qarşıda bizi əhali arasında keyfiyyətli və böyük həcmli iş mərhələsi gözləyir. Bu, orada qəbul ounacaq qərarların birmənalı qərar kimi qarşılanması üçün edilməlidir. Axı bu qərarlar ərazi məsələsinə toxunacaq" - deyə Ter-Qazaryans bildirib. Əlbəttə, orada elə ərazilər var ki, mübahisə etməyə gərək yoxdur. Onlar heç bir zaman Ermənistanın əraziləri olmayıb. Lakin elə məsələlər var ki, onlar öz aralarında razılığa gəliblər və onları hələ ki, yaymaq olmaz".

Onun sözlərinə görə, qərb ekspertləri də təsdiq edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüşlər məsələnin həllinə yaxınlaşmaq əlaməti əks etdirir. Ter-Qazaryants qeyd edib ki, son zamanlar keçirilən bir neçə aksiyanı çox düzgün hesab edir. Onun rəyinə görə, yenidən əvvəlki dost xalq kimi bir yerdə yaşamaq üçün əhalini hazırlamaq lazımdır. O, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin mədəniyyət və elm xadimlərindən ibarət qrupla Xankəndi, Yerevan və Bakıya səfərlərini və prezidentlərlə görüşlərini xatırladıb. Xalq diplomatiyasına ehtiyac var, belə ki, ictimai rəy olmadan məsələ həll olunmayacaq. Çünki bu çox çətindir" - deyə Ter-Qazaryans bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti