...

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2008 14:41 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsi üzrə dinc nizamlanma məsələlərinin müzakirəsi üçün yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər.

"NATO-nun Buxarestdə keçirilən sammiti çərçivəsində prezidentlər ATƏT-in Minsk qrupu həmsədrlərinə bildiriblər ki, yaxın vaxtlarda görüş keçirə bilərlər", - deyə şənbə günü ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza elektron poçt vasitəsilə Trend a bildirib.

Brayza İlham Əliyev və Serj Sarkisyanın mümkün görüşlərinin təfərrüatını açıqlamayıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti