...

Könüllü iradə olarsa, sülh yolu ilə nizamlanma prosesi üçün yaxşı prinsiplər kombinasiyası tapmaq olar – ATƏT -in Minsk Qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2008 13:16 (UTC +04:00)

Tanınma bir çox amillərdən asılıdır. Hər bir vəziyyəti, onun xüsusi aspektlərini diqqətlə qiymətləndirmək lazımdır. Bəzən vəziyyətlərdə oxşar hallar olur, lakin eyni zamanda əksər hallarda böyük fərqlər də mövcud olur. Armİnfo-nun Xankəndindəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə dünən Xankəndinə gələn ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye yeni yaradılan dövlətlərin tanınması məsələsində ikili standartlarla bağlı suala cavab verərkən bildirib.

Fasye qeyd edib ki, "Ümumiyyətlə münaqişləri, xüsusilə də keçmiş Sovet İttifaqı ərazisindəki münaqişələri bir-biri ilə müqasyisə etmək mümkün deyil". "Mən artıq demişəm ki, məsələn, Kosovodakı münaqişə bir ölkənin daxili münaqişəsi idi və bura bir çox beynəlxalq təşkilatlar cəlb olunmuşdu. Dağlıq Qarabağa gəldikdə isə, bu, təkcə bir ölkənin daxilində olan problem deyil. Baxmayaraq ki, beynəlxalq hüquqa əsasən, Qarabağ hələ də rəsmi olaraq Azərbaycanın bir hissəsi hesab olunur, bununla belə o, eyni zamanda tərəflər arasında olan münaqişə obyektidir. Bir aspekti də diqqətinizə çatdırım ki, burada hələ də BMT və digər beynəlxalq təşkilatların birbaşa fəaliyyəti yoxdur", - deyə fransalı vasitəçi bildirib.

O qeyd edib ki, "hüquq vacibdir, lakin kifayət deyil, həmçinin tərəflərin etibarı və könüllü iradəsi də lazımdır. "Könüllü iradə olarsa, sülh yolu ilə nizamlanma prosesi üçün yaxşı prinsiplər kombinasiyası tapmaq olar", - deyə Fasye yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti