...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2008 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09.20-dən 09.25-dək və oktyabrın 6-da saat 00.40-dan 00.55-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.10-dan 13.22-dək, 14.45-dən 17.45-dək, 19.20-dən 22.50-dək və oktyabrın 6-da saat 02.25-dən 02.45-dək fasilələrlə Tərtər rayonun Göyarx, Çaylı, Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.20-dək və 05.40-dan 05.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti