...

ABŞ RF-nin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2008 11:41 (UTC +04:00)
ABŞ RF-nin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü dəstəkləyir

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir R.Novruzov/ ABŞ RF-nin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü dəstəkləyir. Bu barədə çərşənbə günü ABŞ Dövldət Departamentinin mətbuat katibi Şon Makkormak bildirib.

Kremlin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, Rusiya prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 2-də Moskvada keçiriləcək.

"Biz kifayət qədər üzün müddətdir ki, bu məsələ üzərində işləyirik. Uzun illərdir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir, biz bu təşəbbüsün uğur gətirəcəyinə ümid edirik. Biz bu prosesləri olduqca sıx müşahidə edirik", - deyə Makkormak bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov çərşənbə günü jurnalistlərə bildirib ki, Moskvada prezidentlərin görüşündən bir gün əvvəl üç ölkənin xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.

Məmmədyarovun məlumatına görə, Azərbaycan və Ermənistanın Xarici Siyasət İdarələrinin rəhbərləri həmçinin noyabrın 1-də ATƏT-in Minsk Qrupunun hərmsədrləri ilə də görüş keçirmək niyyətindədirlər.

O bildirib ki, keçirilən görüşlərin yekunları barədə üç ölkə prezidentinə məlumat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti