...

Azərbaycan və Ermənistan Ordularının təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2009 09:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend / ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 27-də Azərbaycan Respublikası Naftalan rayonunun cənubunda yerləşən Borsunlu kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu haqda Trend -a Azərbaycan MN mətbuat xidmətindən xəbər veriblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palayinus və Vladimir Çountulov keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti