...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2009 09:48 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 10-da saat 17.20-dən 17.35-dək Füzuli rayonunun adsız yüksəkliklərdə, saat 18:55-dən 19:10-dək, 21:10-dan 21:15-dək və 22:25-dən 22:50-dək Xocavənd rayonunun ərazisində adsız yüksəkliklərdə yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti