...

Avropa İttifaqı Minsk qrupunun işini dəstəkləyir – Aİ-nin xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2009 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir V.Javoronkova /

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun işini dəstəkləyir. Bu barədə bazar ertəsi Bakıda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

"Aİ Minsk qrupunun işini dəstəkləyir. Münaqişə edən tərəflər arasında əlaqələrin və etimadın yaranmasının bərpa olunması üçün əlimizdən gələni etməyə hazırıq", - Semnebi bildirib.

Semnebinin fikrincə, sözügedən məsələdə əməkdaşlığın bir çox növü var ki, Aİ-nin səyləri vacib ola bilər.

"Aİ regiona, xüsusən də Azərbaycan və qonşularına çox diqqət sərf edəcək. Bu çox mühüm amildir", - Semnebi qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti