Azərbaycan, Bakı, 19 may / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 18-də saat 10.50-dən 11.20-dək və 13.40-dan 14.00-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı və Çaxırlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.05-dən 22.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.