...

Azərbaycan Yaşıllar Partiyası Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan Yaşıllar Partiyası (AYP) Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasını dəstəkləyir.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlar atmaq lazımdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü bu addımlardan biridir. Ancaq bu görüşlər görüş xatirinə deyil, konkret nəticələrin əldə olunması üçün keçirilməlidir", - çərşənbə günü mətbuat konfransında Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyib.

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə iki ölkə ziyalıları 28 iyun 2007-ci ildə Xankəndi, İrəvan və Bakıya səfər ediblər. Azərbaycan nümayəndə heyətinə Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla, Azər Paşa Nemətov və İlham Fətəliyev daxil olub. Növbəti səfərin bu ilin iyulunda keçirilməsi planlaşdırılır.

"Münaqişənin sülh yolu ilə həlli üçün iki ölkənin ictimaiyyəti yaxınlaşmalıdır", - AYP sədri hesab edir. "Qarşılıqlı görüşlər yaxınlaşma üçün körpü olmalıdır. Hətta Azərbaycan və Ermənistan ziyalıları qarşılıqlı şəkildə düşmənçiliyin təbliğatından imtina etmək hadqa razılığa gələ bilərlər", - o bildirib.

Azərbaycan Yaşıllar Partiyası 2007-ci ildə yaradılıb. Partiya hələ də Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti