...

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə nail olmağa ümid edir – rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2009 19:45 (UTC +04:00)
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə nail olmağa ümid edir – rusiyalı həmsədr

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir E.Tariverdiyeva / 

"ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmək üçün regiona gələcək", - Trend -a Moskvadan telefonla rusiyalı həmsədr Yuri Merzlyakov deyib.

"Biz regiona Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarındakı növbəti görüşünü hazırlamaq üçün gələcəyik", - o bildirib.

Azərbaycan və Ermənistan XİN başçılarının əvvəlki görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın iyunun 4-də Sankt-Peterburqda keçirilən görüşü çərçivəsində baş tutub.

Yüksək səviyyədəki bu görüş prezidentlərin Qarabağ məsələsi üzrə beşinci görüşü olub. Əvvəlki görüş mayın 7-də Praqada keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib. Üçüncü görüş bu il yanvarın 28-də Sürixdə keçirilib.

Merzlyakovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşün mümkün qədər konstruktiv formada baş tutması və keçirilməsi üçün bütün səyləri göstərirlər.

"Biz Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə nail olmağa ümid edirik", - rusiyalı həmsədr deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti