International Alert Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə kömək etməyə hazırdır - proqramın direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Xəbər 14 İyul 2009 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir V.Javoronkova /

International Alert təşkilatı Dağlıq Qaarbağ münaqişəsinin nizamlanması üzrə səylərə bundan sonra kömək etməyə hazırdır.

"Cənubi Qafqazda münaqişənin nizamlanması yalnız region üçün deyil, bütün dünya üçün çox vacibdir və International Alert onun həllinə yönəlmiş səylərə kömək etməyə hazırdır", - çərşənbə axşamı Bakıda "Qarabağın gələcəyi - sülh yaradan təşəbbüslərin gələcəyidir" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Asiya və Avrasiya üzrə təşkilatın proqram rəhbəri Fil Çempeyn deyib. 

International Alert dünyanın demək olar ki, 20 ölkəsində fəalyyət göstəriri və münaqişələrin nizamlanması ilə məşğul olur. Cənubi Qafqaz təşkilat üçün xüsusən maraqlıdır. Bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təşkil edilən, siyasətçilər, Azərbaycan parlamentinin deputatları və ekspertlərin iştirakı ilə keçirilən "dəyirmi masa"da Çempeyn deyib. 

"Ümid edirik ki, yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən uğura nail olunacaq", - ekspert deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti