Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
Diplomat Tina Kaydanov Metyu Brayzanı ATƏT-in Minsk qrupunun həmsədri vəzfəsində deyil, ABŞ Dövlət katibinin köməkçisinin müavini vəzifəsində əvəz edəcək. Bu barədə çərşənbə günü Trend -a ABŞ səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bir müddət öncə Trend "Azadlıq Radiosu"na istinadən Tbilisidə olduğu zaman Brayzanın yaxın zamanda onu ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində Tina Kaydanovun əvəz edəcəyini bildirdiyini xəbər vermişdi.
Bundan əvvəl Kaydanov Priştinada (Kosovanın paytaxtı - müəl.) ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsini tutub. Kosovaya o, üç il müddətində ABŞ-ın xüsusi missiyası rəhbərinin müavini vəzifəsində çalışdığı Sarayevodan (Bosniya və Herseqovina) gəlib. Kaydanov Balkan regionunda ABŞ siyasətinin fəal iştirakçısı olub.
1994-cü ildən ATƏT-in Mİnsk qrupu 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazı iddiası irəli sürməsi zəminində iki cənubi Qafqaz ölkəsi arasında baş verən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olur. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]