...

Ermənistan-Azərbaycan münaqişəsində status-kvo yolverilməzdir - ABŞ-ın dövlət katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir C.Babayeva/

ABŞ administrasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonu yolverilməz hesab edir. Bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.

"ABŞ-ın yeni administrasiyası Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində yenə də öz dəstəyini əsirgəmir", - Klinton Azərbaycanın xarici işlər naziri ilə görüşündə qeyd edib. Bu barədə Trend -a Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib.

"Dağlıq Qarabağ münaqişənin nizamlanması yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin beynəlxalq səviyyədə tanınması çərçivəsində mümkündür", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Klinton-Məmmədyarov görüşü BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində keçirilib.

Tərəflər həmçinin ikitərəfli və regional əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti