...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2010 10:26 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 17 fevral / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 16-da saat 16.25-dən 16.35-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;

- saat 20.10-dan 20.15-dək, 22.00-dan 22.27-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- fevralın 17-də saat 04.15-dən 04.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti