...

Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının cəsədləri sabah qaytarılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2010 19:23 (UTC +04:00)
Aprelin 3-ü saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının cəsədləri qaytarılacaq. BunuƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov Trend-ə deyib.
Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının cəsədləri sabah qaytarılacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Aprelin 3-ü saat 12:00-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının cəsədləri qaytarılacaq. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayilov Trend-ə deyib.

Qazax rayonunun sakinləri Hüseynov Həsən Hüseyn oğlu və Məmmədov Sakit Şərif oğlu martın 2 və 3-də Qazax rayonundan Ermənistan ərazisinə keçib və Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. "Aprelin 7-də Ermənistanda girovluqda olan Azərbaycan vətəndaşının Azərbaycana qaytarılması gözlənilir", - Sailov deyib. Onun sözlərinə görə, azad ediləcək girovun adı hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti