...

Qarabağ münaqişəsinin dinc nizamlanmasına yol açan əlavə addım atmağın vaxtıdır - Avropa komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2010 11:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yol açan əlavə addımın atılmasının vaxtı çatıb. Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle belə hesab edir.
Qarabağ münaqişəsinin dinc nizamlanmasına yol açan əlavə addım atmağın vaxtıdır - Avropa komissarı

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir S.Ağayeva/

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yol açan əlavə addımın atılmasının vaxtı çatıb. Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle belə hesab edir.

"Aİ regionda sülhün bərqərar olmasına yardım göstərmək niyyətindədir. Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissar kimi mən - baronessa [Ketrin] Eştona - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və komissiyanın vitse-prezidentinə - Lissabon Müqaviləsi alətlərinin tam reallaşmasının təminatında, vahid, inteqrasiya olunmuş və səmərəli xarici siyasətin təminatı məsələsində, hər cür dəstək göstərəcəyəm", - Fülenin bəyanatında deyilir. Bəyanatı AK-nin Bakı ofisi yayıb.

Aİ komissarı indiyədək Azərbaycan və Ermənistan prezidentlərinin sülh danışıqlarının sürətləndirilməsinə yönələn iradəsini və gördükləri işi yüksək qiymətləndirib.

"Avropa İttifaqı və Azərbaycan geniş, stabil münasibətlərin inkişafında maraqlıdır. Bu, Azərbaycan və Aİ xalqlarının mənafeyinə xidmət edəcək; belə ki, bizim beynəlxalq arenada nüfuzumuz dinc və çiçəklənən əhatəni formalaşdırmaq qabiliyyətimizdən asılıdır", - Füle deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ regionun və işğal edilmiş ərazilərin azad edilməsinə dair dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti