...

Dağlıq Qarabağla bağlı televiziyalarda nümayiş etdirilən filmlərin sayı artırılmalıdır - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2010 15:22 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolu böyükdür.
Dağlıq Qarabağla bağlı televiziyalarda nümayiş etdirilən filmlərin sayı artırılmalıdır - deputat

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolu böyükdür.

"Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə gənclərin hərtərəfli tanış olması üçün ən başlıca məsələ televiziyalarda nümayiş etdirilən filmlərin sayının artırılmasıdır", - Trend-in məlumatına görə, bazar ertəsi Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə keçirilən "Qarabağ və Azərbaycan mətbuatı" mövzusunda keçirilən tədbirdə miilət vəkili Qənirə Paşayeva bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Paşayevanın sözlərinə görə, Azərbaycandan kənarda yaşayan soydaşlarımız vasitəsilə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mümkündür.

"Bu məqsədlə yerli mətbuatda daha geniş araşdırmaların aparılmasına ehtiyac var", - o əlavə edib.

Onun fikrincə, Azərbaycan mətbuatında Dağlıq Qarabağla bağlı və ermənilərin digər uydurma ittihamlarını ifşa etmək məqsədilə hazırlanan materiallar xarici dillərə də tərcümə olunmalıdır.

"Biz həmin materialları dünyanın müxtəlif araşdırma mərkəzlərinə təqdim etməliyik. Bundan başqa, xaricdə yaşayan azərbaycanlıların birləşdikləri müxtəlif şəbəkələr vasitəsilə də Dağlıq Qarabağ həqiqətlərini yaya bilərik", - Paşayeva vurğulayıb.

"Ermənilərin diaspor təşkilatlarının fəallıqlarının qarşısını almaq bu gün ən vacib məsələlərdən biridir", - tədbirdə çıxış edən millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük işlər görülüb və Dağlıq Qarabağ işğaldan gec-tez hərbi yolla da olsa azad olunacaq. "Bunu nəzərə alaraq televiziyalarda ordu quruculuğu, hərbi-vətənpərvərlik mövzusunda yayımlanan verilişlərin sayı çoxalmalıdır", - o xatırladıb.

Xəbər lenti

Xəbər lenti