...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2010 09:52 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 11-də saat 17.00-dan 17.20-dək, saat 21.00-dan 21.05-dək Tərtər rayonunun Çiləbürt və Talış kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı,  12 Iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 11-də  saat 17.00-dan 17.20-dək, saat 21.00-dan 21.05-dək Tərtər rayonunun Çiləbürt və Talış  kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 17.30-dan 17.35-dək Göy-Göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 20.00-dan 21.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- iyulun 12-də  saat 06.00-dan 06.15-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti