...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2010 10:27 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri iyulun 20-də saat 07:20-dən 07:45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 06:50-dən 07:15-dək, saat 12:45-dən 12:50-dək, saat 18:25-dən 18:50-dək, saat 22:40-dan 22:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 07:30-dan 07:35-dək, saat 22:00-dan 22:30-dək, saat 23:50-dən 00:20-dək Tərtər rayonunun Talış, Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti