...

Azərbaycan, Ermənistan və Rusiyanın dini rəhbərləri Bakı-Yerevan münasibətlərinin normallaşmasına kömək edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2010 18:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və bütün Rusiyanın patriarxı Kiril Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin nizamlanmasına kömək üçün əməkdaşlığı davam etdirəcəklər, lakin yeni üçtərəfli görüş hələ ki planlaşdırılmayıb. Bu barədə rus-pravoslav kilsəsinin nümayəndəsi Moskvada çərşənbə axşamı şeyxlə görüşdən sonra Azərbaycan jurnalistlərinin sualına cavab verərkən bildirib. Məlumatı RİA Novosti yayıb.
Azərbaycan, Ermənistan və Rusiyanın dini rəhbərləri Bakı-Yerevan münasibətlərinin normallaşmasına kömək edəcəklər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və bütün Rusiyanın patriarxı Kiril Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin nizamlanmasına kömək üçün əməkdaşlığı davam etdirəcəklər, lakin yeni üçtərəfli görüş hələ ki planlaşdırılmayıb. Bu barədə rus-pravoslav kilsəsinin nümayəndəsi Moskvada çərşənbə axşamı şeyxlə görüşdən sonra Azərbaycan jurnalistlərinin sualına cavab verərkən bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz heç vaxt dayanmamışıq və bu görüşlər mütəmadi olaraq keçirilib. Bu yaxınlarda belə görüş Azərbaycanda olub. Biz daha bir görüşü hələ ki planlaşdırmırıq", - Kiril bildirib.

Lakin patriarx düşünür ki, əgər lazım olsa, həyat məcbur etsə, üç dini rəhbər mövcud problemlərin həllinə kömək etmək üçün məmuniyyətlə görüşərlər.

Xəbər lenti

Xəbər lenti