...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2010 10:27 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, erməni hərbçiləri oktyabrın 8-də saat 10:35-dən 10:40-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

saat 10:20-dən 10:30-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

saat 11:50-dən 12:00-dək və 20:00-dan 20:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 18:35-dən 18:40-dək və 21:30-dan 21:40-dək Füzuli rayonu Qaraxanbəyli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

oktyabrın 9-da saat 00:05-dən 00:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən;

saat 00:25-dən 00:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən

Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti