...

Kreml Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə məlumat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2011 10:39 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri martın 5-də Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.
Kreml Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə məlumat verib

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri martın 5-də Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dmitri Medvedevin dəvəti ilə Soçiyə gedəcəklər, "RİA Novosti" yazır.

"Üçtərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirə olunması planlaşdırılır", - mətbuat xidməti xəbər verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti