...

Soçi görüşü Dağlıq Qarabağ probleminin həllində ortaya yeni yanaşma qoya bildi - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 14:04 (UTC +04:00)
Soçi görüşü Qafqazda mürəkkəb şərait olmasına baxmayaraq, tənzimləmələr prosesinin virtual mərhələsinin yekunlaşdırılmasının bünövrəsini qoya bildi. Ortalığa yeni yanaşma çıxara bildi.
Soçi görüşü Dağlıq Qarabağ probleminin həllində ortaya yeni yanaşma qoya bildi - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir A.Tağıyeva/

Soçi görüşü Qafqazda mürəkkəb şərait olmasına baxmayaraq, tənzimləmələr prosesinin virtual mərhələsinin yekunlaşdırılmasının bünövrəsini qoya bildi. Ortalığa yeni yanaşma çıxara bildi. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi brifinqdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Bunun səbəbi Rusiya Prezidenti Dimitri Medvedevin tutduğu mövqedir. Dağlıq Qarabağ məsələsində Qərbin tam dəstəyinə nail olmuş Medvedev problemin həllini Rusiyanın qarşısına çıxan hədələrin neytrallaşması istiqamətinə yönəltdi", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Soçi görüşü zamanı ATƏT MQ həmsədrlərinin üçtərəfli görüşdə iştirak etməməsi və sonrakı aktivlikləri göstərir ki, Qərb aldandığını başa düşüb.

"Bu günədək monitorinq missiyasının nəticələrini açıqlamayan ATƏT MQ həmsədrləri başa düşmək istəmirlər ki, DQ münaqişəsinin həm dinc tənzimlənmə prosesinin, həm də Ermənistanın belə faciəvi vəziyyətə düşməsinin əsas səbəbkarı elə Ermənistan özüdür", - politoloq deyib.

Əhmədoğlunun sözlərinə görə, Soçi görüşündə imzalanan sənəd Mayendorf prosesinin birbaşa varisidir.

"Mayendorfda DQ-nin siyasi faktor və dialoq tərəfi kimi sıradan çıxması rəsmiləşdirildi; Soçidə son görüşdə isə DQ-nin hərbi faktor kimi sıradan çıxmasının bünövrəsi qoyuldu. İlk dəfə olaraq qoşunların təmas xəttindəki vəziyyətə dair rəsmi sənədi Azərbaycan və Ermənistan prezidentləri imzaladılar", - politoloq vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti