...

AŞPA-da Ermənistan silahlı qüvvəllərinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsini pisləyən yazılı bəyanat qəbul olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2011 15:16 (UTC +04:00)
AŞPA-nın yaz plenar sessiyasının dördüncü iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın martın 8-də Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə bağlı hazırladığı yazılı bəyanat qəbul olunub.
AŞPA-da Ermənistan silahlı qüvvəllərinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsini pisləyən yazılı bəyanat qəbul olunub

Fransa, Strasburq, 14 aprel /Trend, müxbir A.Məhərrəmli/

AŞPA-nın yaz plenar sessiyasının dördüncü iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın martın 8-də Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə bağlı hazırladığı yazılı bəyanat qəbul olunub.

Trend-in məlumatına görə, yazılı bəyanatı AŞPA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb.

"Bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirmişlər. Kiçik yaşlı bir uşağın faciəli şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Bu cinayət bölgədə onsuz da gərgin vəziyyəti daha gərginləşdirmişdir. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərdən dinc azərbaycanlıları snayperlərlə hədəfə alması hallarının çoxalması beynəlxalq hüquqla, Ermənistanın AŞ qarşında üzərinə götürdüyü öhədliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də bir zərbədir", - bəyanatda deyilir.

Yazılı bəyanatda AŞPA-nın bu cür addımları pislədiyi qeyd olunur.

"AŞPA 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir və rəsmi İrəvanı bu hadisəni törədənlərin ədalət qarşısında cavab verməsini, günahkarların cəzalandırılmasını təmin etməyə çağırır. Assambleya Ermənistanı atəşkəs rejimini pozaraq sivil insanları snayperlərlə hədəfə almasını dayandırmağa, münaqişənin tənzimlənməsinə dair AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan yaratmağa çağırır və tələb edir", - yazılı bəyanatda qeyd olunur.

Azərbaycan nümayəndə heyəti üzvləri AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə görüşərək ona Ermənistan silahlı qüvvələrinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi ilə bağlı ətraflı məlumat veriblər. Azərbaycanlı deputatlar komissardan bu məsələni öz nəzarətində saxlamasını, bu hadisəni törədənlərin layiqli cəzasını alması istiqamətində səylərini əsirgəməməsini istəyiblər.

Xəbər lenti

Xəbər lenti