...

NATO PA-da erməni snayperi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqla bağlı müzakirələr aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2011 11:16 (UTC +04:00)
NATO-nun Parlament Assambleyasının yaz sessiyasında erməni snayperi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaq Fariz Bədəlovla bağlı müzakirələr aparılacaq.
NATO PA-da erməni snayperi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqla bağlı müzakirələr aparılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

NATO-nun Parlament Assambleyasının yaz sessiyasında erməni snayperi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaq Fariz Bədəlovla bağlı müzakirələr aparılacaq. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib.

"Sessiya çərçivəsində siyasi, təhlükəsizlik və müdafiə komitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq", - Novruzov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin beynəlxalq hüququn normalarını və prinsiplərini, eləcə də atəşkəs rejimini davamlı pozduğu barədə da fikir mübadiləsi aparılacaq.

Ermənistan Silahlı Qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti