...

Dağlıq Qarabağın azərbaycanlı icması müharibə variantını mümkün sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 13:10 (UTC +04:00)
Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları nəticə verməsə, ordumuzun işğalçı Ermənistanın qoşunlarını qısa müddət ərzində ölkəmizin ərazisindən təmizləyəcəyi şübhəsizdir.
Dağlıq Qarabağın azərbaycanlı icması müharibə variantını mümkün sayır

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları nəticə verməsə, ordumuzun işğalçı Ermənistanın qoşunlarını qısa müddət ərzində ölkəmizin ərazisindən təmizləyəcəyi şübhəsizdir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.

"Ölkə Prezidentinin diqqəti sayəsində Silahlı Qüvvələrimiz xeyli güclənib, müasir standartlara cavab verən ordu formalaşdırılıb. Təsadüfi deyil ki, dövlət büdcəsində müdafiə xərcləri 3 milyard dollardan artıqdır", - Məmmədov deyib.

Deputatın sözlərinə görə, Milli Məclis də bu sahədə vacib qanunlar qəbul edib.

"Ordu quruculuğu sahəsində kifayət qədər güclü hüquqi baza mövcuddur. Eləcə də parlament tərəfindən hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mütərəqqi qanunlar qəbul edilib", - deputat əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti