...

Əli Həsənov: Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüsləri prosesə təsir göstərmir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2011 11:29 (UTC +04:00)
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüslər irəli sürməsi bu prosesə nə müsbət, nə də mənfi təsir göstərir.
Əli Həsənov: Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüsləri prosesə təsir göstərmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüslər irəli sürməsi bu prosesə nə müsbət, nə də mənfi təsir göstərir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sadə formulu var, bu da beynəlxalq hüquq normalarına riayət edilməsidir. Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağdakı bütün əhalinin vətəndaş hüquqları bərpa olunmalıdır", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Bu beynəlxalq normalar barəsində artıq neçə illərdir danışılır. Sadəcə olaraq, erməni tərəfinin iradəsizliyi və yaxud öz iradəsindən asılı olmaması, qeyri-konstruktivliyi və yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu proseslərin getdikcə ləngiməsinə səbəb olur", - Həsənov bildirib.

Onun sözlərinə görə, gec-tez bu məsələnin həlli tapılmalıdır, torpaqlar uzun müddət işğal altında qala bilməz.

"Azərbaycanın yürütdüyü siyasət nəticəsində beynəlxalq aləmdə, əsasən beynəlxalq təşkilatlarda, ölkələrdə Azərbaycanın ərazi bütövlüyü tanınır", - PA rəsmisi deyib.

Həsənov həmçinin qeyd edib ki, Azərbaycan üçün danışıqların potensialı hələ tükənməyib.

Xəbər lenti

Xəbər lenti