...

Azərbaycan YUNESKO-da Ermənistanın işğal etdiyi ərazilərdə abidələri məhv etməsi barədə məsələ qaldırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2011 12:23 (UTC +04:00)
Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova oktyabrın 29-da Parisdə keçirilən YUNESKO-nun Baş konfransının 36-cı sessiyasında iştirakçıların diqqətini Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq müddətdə davam etməsinə yönəldib.
Azərbaycan YUNESKO-da Ermənistanın işğal etdiyi ərazilərdə abidələri məhv etməsi barədə məsələ qaldırıb

Azərbaycan, Bakı, 1 noyabr / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova oktyabrın 29-da Parisdə keçirilən YUNESKO-nun Baş konfransının 36-cı sessiyasında iştirakçıların diqqətini Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq müddətdə davam etməsinə yönəldib. Bu işğal nəticəsində həmin ərazilərdəki tarixi və mədəniyyət abidələri məhv edilib, işğal altında olan torpaqlar nəzarətsiz ərazilərə çevrilib, həmin ərazilərdən narkotik maddələrin və insan orqanlarının qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün istifadə olunur.

Hüseynova qonşu ölkələri erməni mədəni irsinin məhv edilməsində günahlandıran Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın elə həmin sessiyadakı çıxışına cavab olaraq, Ermənistanın dövlət başçısının iki xalqın qeyri-etnik uyğunluğu barədə irqçi bəyanatlarını xatırladaraq Ermənistanın Azərbaycana qarşı düşmənçilik və işğal siyasəti yürütdüyünü bildirib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

Ermənilərin 1988-ci ildən başlayan işğalı nəticəsində 100 mindəna rtıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr , 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi, 600 dini abidə tamamilə məhv edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti