...

Azərbaycanda ötən ay 2 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 14:46 (UTC +04:00)
Oktybr ayı ərzində 2 223 981 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 2 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Oktybr ayı ərzində 2 223 981 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 444 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

İndiyədək ümumilikdə 175 876 923 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 664 317-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Oktyabrda 1 mina və PHS hadisəsi qeydə alınıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti