...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2011 09:36 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 14-də saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21.10-dan 21.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.10-dan 22.30-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 16.40-dan 16.45-dək, 21.45-dən 22.10-dək, 23.10-dan 23.45-dək və dekabrın 15-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti