...

Xocalı qətliamını ağır müharibə cinayəti kimi qiymətləndirmək lazımdır - Bundestaqın deputatları

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 21:41 (UTC +04:00)
Xocalı qətliamını ağır müharibə cinayəti kimi qiymətləndirmək lazımdır. Bunu Almaniya Bundestaqının İnsan hüquqları komitəsinin Die Linke (solçular) fraksiyasından olan deputatları Katrin Verner və Annette Qrot 1992-ci il 26 fevral qətliamının 20-ci ildönümü münasibətilə bildiriblər.
Xocalı qətliamını ağır müharibə cinayəti kimi qiymətləndirmək lazımdır - Bundestaqın deputatları

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı qətliamını ağır müharibə cinayəti kimi qiymətləndirmək lazımdır. Bunu Almaniya Bundestaqının İnsan hüquqları komitəsinin Die Linke (solçular) fraksiyasından olan deputatları Katrin Verner və Annette Qrot 1992-ci il 26 fevral qətliamının 20-ci ildönümü münasibətilə bildiriblər. Bu barədə Trend-ə bazar günü XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Deputatlar qeyd ediblər ki, Human Rights Watch və Rusiyanın insan hüquqları mərkəzi olan Memorial təşkilatları bunu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda o vaxtkı müharibədə ən böyük qətliam adlandırıblar. Arasında xeyli sayda müharibə qaçqınları, xəstələr, qocalar, qadınlar və uşaqların da yer aldığı 600-dən artıq azərbaycanlı müsəlman mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetiriliblər.

"Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanları, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi öldürülməsi üçün heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar müharibə hüququnu kobud şəkildə pozmuş və bununla da ağır müharibə cinayəti törətmişdir. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər", - Katrin Verner deyib.

"Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir də baş verməsin. Qurbanlar müdafiə olunmalı və cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasıslıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda azərbaycanlı müsəlmanları qətlə yetirməklə fəxr etməsi insanı alçaldan həyasızlıqdır. Almaniya cinayət məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsi özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz", - Annette Qrot söyləyib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti