...

Aİ Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini tapacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2012 13:41 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini tapacağına ümid edir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Bakıdakı Ofisinin rəhbəri, səfir Roland Kobia bildirib.
Aİ Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini tapacağına ümid edir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini tapacağına ümid edir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Bakıdakı Ofisinin rəhbəri, səfir Roland Kobia bildirib.

"Biz hazırda yeni təşəbbüslər təklif etmək, Minsk qrupunun fəaliyyətinə dəstək vermək üçün onunla birgə iş aparırıq", - Kobia deyib.

Səfir xatırladıb ki, bir neçə ay öncə Azərbaycana səfər edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinə Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha fəal iştirak etməyə hazır olduğunu çatdırıb.

Xəbər lenti

Xəbər lenti