...

BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2012 10:08 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 25-də Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 25-də Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 2 "Qızıl Xaç məktubu" çatdırılıb. Onlardan isə 3 salamatlıq ismarıcı qəbul edilib.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Milli Ordunun kişik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu bu ilin yanvarında əsir düşüb.

Xəbər lenti

Xəbər lenti