...

Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyini davam etdirmək niyyətini təsdiq edib - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını davam etdirmək niyyətini bir daha təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Bakıda Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin qardaşlıq məzarına əklil qoyulması mərasimində bildirib.

Doroxinin sözlərinə görə, Prezident Vladimir Putinin "Ölkənin xarici siyasətinin bəzi elementləri haqqında" fərmanında Dağlıq Qarabağ münaqişəsi haqqında bənd var. Burada Rusiya münaqişənin sülh yolu ilə nizamlanması mövqeyini təsdiqləyir.

"Biz bu sənəddə mövcud münaqişədə vasitəçilik missiyasını davam etdirmək qərarımızı bir daha təsdiq edirik", - səfir deyib.

Qəbələ RLS haqqında suala cavab verən səfir qeyd edib ki, danışıqlar davam edir.

"Məsləhətləşmələrin artıq üç raundu geridə qalıb, yaxın vaxtlarda danışıqların davam etdirilməsini gözləyirik", - Doroxin əlavə edib.

Xəbər lenti

Xəbər lenti