...

Gürcüstan XİN: Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyini təhdid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2012 14:55 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Tbilisidə keçirilən brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı sualı cavablandırarkən bildirib.
Gürcüstan XİN: Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyini təhdid edir

Gürcüstan, Tbilisi, 11 iyun /Trend, müxbir N.Kirsxaliya/

Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Tbilisidə keçirilən brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı sualı cavablandırarkən bildirib.

Kalandadzenin sözlərinə görə, regionda mövcud olan münaqişələr səbəbindən Cənubi Qafqazda təhükəsizliklə bağlı vəziyyət "çox kövrək"dir.

"Bunu beynəlxalq aləm də bilir, lakin, ilk növbədə, bunu Cənubi Qafqazın üç ölkəsinin liderləri bilirlər", - nazir müavini deyib.

"Mən əminəm ki, bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin nə qədər çətin olduğunu, hərbi münaqişənin fəsadlarının bütün region üçün nə qədər ağır ola biləcəyini, dövlətlərimizin inkişafı baxımından regionda vəziyyətin nə qədər mürəkkəb ola biləcəyini tam dərk edirlər", - o qeyd edib.

Xanım Kalandadze vurğulayıb ki, indiki şəraitdə gərginliyin eskalasiyası ilə bağlı həmişə nəzəri təhlükə var ki, buna da hamı həssas olmalıdır.

"Əminəm ki, hər iki dövlət bu problemə həssas yanaşır" , - Kalandadze deyib və qeyd edib ki, Gürcüstan hakimiyyəti Bakı və Yerevanla daim əlaqə saxlayır.

Xəbər lenti

Xəbər lenti